Məşhur aktyor qəribə görünüşü ilə QORXUTDU - VİDEO
Sosial şəbəkələrlə Hollivud ulduzu Entoni Hopkinsin qorxunc səslər çıxardığı və qəzəbli simasını nümayiş etdiyi video yayılıb.
BiG.AZ-ın oxu.az-a istinadən məlumatına görə, kadrları aktyorun özü "Twitter" hesabında yayımlayıb.
82 yaşlı məşhur görüntülərin şərhində bildirib ki, karantinin 253-cü gününün fəsadlarını hiss etməyə başlayıb.
Video sosial şəbəkədə maraqla qarşılanıb. İstifadəçilərin bəziləri aktyorun onları qorxutduğunu və "Quzuların səssizliyi" filmində Hannibal Lektoru xatırlatdığını bildiriblər. Digərləri isə aktyoru sevdiklərini deyərək, onu xəzinə adlandırıblar və təcriddə özlərini məhz aktyorun göstərdiyi kimi hiss etdiklərini vurğulayıblar.
BiG.Az


Maraqlı Baxılıb: 1065 Tarix: 27 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş