Azərbaycanda çox satılan "Redmi" brendi ilk smart saatını təqdim edib - QİYMƏTİ - FOTO

Azərbaycanda çox satılan "Redmi" brendi ilk smart saatını təqdim edib - QİYMƏTİ - FOTOYeni smartfonlarla birlikdə Xiaomi-nin Redmi brendi həmçinin özünün Redmi Watch adlı ilk smart saatını da təqdim edib. Redmi-nin ilk smart saatı kvadrat formalı dizaynı, uzunmüddətli çalışma özəlliyini və kontaktsız ödənişlər üçün NFC modulu əldə edib. Beləliklə Redmi Watch 320x320 piksel keyfiyyətli 1.4 düym rəngli ekran ilə təchiz olunub. Cihazın çəkisi cəmi 35 qram təşkil edir.

BiG.AZ technote.az-a istinadən xəbər verir ki, smart saat 7 idman rejimini dəstəkləyir. Onların arasında qaçış, velosiped ilə səyahət, üzmə və sürətli yeriş də var. İstifadəçi sözügedən smart saat vasitəsilə həmçinin öz yuxu prosesinin monitorinqini apara, addımlarının sayını və itirdiyi kalorilərin miqdarını təyin edə bilər. Smart saata inteqrasiya edilmiş mikrofon sayəsində isə istifadəçi XiaoAI adlı səsli köməkçi ilə ünsiyyət qura bilər.

Redmi Watch-un gövdəsi suya davamlıdır və 50 metr dərinliyə tab gətirə bilir. Saatda olan NFC modul vasitəsilə istifadəçi alış-verişləri kontaksız şəkildə ödəyə bilər. Lakin bu funksiyanın Çindən başqa digər ölkələrdə aktiv olub-olmayacağı bilinmir. Məlumata əsasən bir dəfə şarj olunandan sonra Redmi Watch adi rejimdə 7 gün ərzində, enerji sərfiyyatına qənaət rejimində isə 12 gün ərzində çalışa bilir. Smart saat Çində 45$-a satılacaq. Onun qlobal versiyasının olub-olmayacağı da bilinmir.

Azərbaycanda çox satılan "Redmi" brendi ilk smart saatını təqdim edib - QİYMƏTİ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1315   Tarix: 27 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş