Tankda yanan qazimiz ƏMƏLİYYAT OLUNDU

Tankda yanan qazimiz ƏMƏLİYYAT OLUNDUÜzü tankda yanaraq "Heç kim məni bu şəkildə sevməz və mən kiminlə evlənəcəm?" deyən əsgərimiz Hüseynov Heydərdən xəbər var.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, qazimiz ötən gün əməliyyat olub. Bu barədə onun həkimi Vüqar Ələkbərov məlumat verib:

"Heydərin əl və ayağında problem var idi. Ötən gün əməliyyat olundu. İndi xəstəxanadadır, hər şey qaydasındadır. Əməliyyatı iştirak edən həkimlər təmənnasız iştirak edib, proses tam ödənişsiz həyata keçirilib".

Qeyd edək ki, əməliyyatı həkim Vüqar Ələkbərov özü üzərinə götürüb.

Bildirilir ki, Heydər xəstəxana şəraitində 10 günə yaxın qalacaq. Sağalandan sonra evinə göndəriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1541   Tarix: 26 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş