Xatundan müğənnilərə: "Silikonları, qaynaq saçlarıyla əsgər paltarı geyinirlər"

Xatundan müğənnilərə: "Silikonları, qaynaq saçlarıyla əsgər paltarı geyinirlər""Bəzi insanlarda cılızlıq gördüm. Elə bil ki, hamısı məqam axtarırdılar. Etsinlər, amma ehtiyatla. Hər şeyin bir mənası var, düşünmək lazımdır".
BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "MTV Azərbaycan"da qonaq olarkən deyib. Sənətçi müharibə ərəfəsində vətənpərvər mahnılar oxuyub, klip çəkdirənlərdən danışıb. Xatun bildirib ki, onlar özlərini reklam edirlər:

"Çox şeylərə şahid olduq. Həmkarlarımla yazışırdım, bayağılıq baş alıb gedirdi. Hərdən deyirdim ki, onlar ermənidən sonra ikinci düşmənimizdir, bizi qıcıqlandırırlar. Əsgər geyimi şərəflidir. Hər adamın hünəri deyil bunu geyinmək. Bizim oğullarımız onu geyinib nələr edirlər, torpaq aldılar. Nə qədər müqəddəsdir. Qaynaq saçlarla, silikonlarla əsgər geyimi geyinirdilər.

Hərə bir mahnı, hamı vətənpərvər oldu. Vətənpərvər mahnı yaxşıdır, onu başında kələğayı, qara geyimdə oxu. Vətənpərvər mahnıya rəqs qrurular. Elə sənət adamı var ki, qara siyahıya atdım".

Xatun son günlər bayraqdan paltar geyinən həmkarı Mənzurə Musayevaya da reaksiya verib. O, ad çəkmədən geyimin biabırçılıq olduğunu deyib:

"Sonuncu dəfə bayraqdan şalvar geyinmək oldu. Nəyə lazımdır? Allah səni seçəcəksə seçəcək. Vaxtında özünü təqdim edə bilməmisənsə, kimdənsə məsləhət al. Get mətn hazırla, çıx verilişdə danış. Özünü fərqli yöndən göstər. Durub bayrağa o cür yanaşmaq olmaz. Həmin insanlardan küsürəm. Belə bayağılıqla bizimlə düşmənçilik etməsinlər". (axsam.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2165   Tarix: 26 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xəyalə Manaflı həyat yoldaşı üçün mahnı oxudu - Video

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Xəyalə Manaflının toyu olub. Axşam.az xəbər verir ki, Nurlan adlı bəylə ailə quran sənətçinin özəl günündən görüntülər sosial şəbəkədə paylaşılıb. Gecədə diqqətçəkən məqamlardan biri də X.Manaflının həyat yoldaşı üçün mahnı oxuması olub. Qeyd edək ki, müğənni həya

18.04.2024 993
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 7902
.

Miranda Kerr yenidən ana ola bilər

Model Miranda Kerr yenidən ana olmaq istədiyi deyib. xəbər verir ki, model sonuncu dəfə 6 həftə öncə uşaq dünyaya gətirib. "Heç vaxt heç vaxt demərəm" ,- deyə o bildirib. Qeyd edək ki, Miranda Kerrin Orlando Bloom ilə evliliyindən bir oğlu Spiegel ilə evliliyindən 3 uşağı var

16.04.2024 591
.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 842
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 1051
.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 234
.

Coni Dip qala alacaq

60 yaşlı aktyor Coni Dip tarixi tikili alacaq. xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. O, İtaliyanın Torino şəhərində 15-ci əsrdə tikilən qalanı almağı düşünür

17.04.2024 385
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 1419
.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 1162