Ermənilər daha bir məscidimizi tövləyə çevirib - VİDEO
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal zamanı daha bir məscidimizə qarşı etdiyi vandalizm hərəkətləri barədə yazıb.
O, bu barədə "Twitter" hesabında paylaşım edib.
"Kaş ki, Fransa senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".
Kadrlardan məsciddə karikatura çəkilməsini görmək mümkündür.
BiG.AZ həmin görüntüləri sizlərə təqdim edir:
BiG.Az


Xəbərlər Baxılıb: 1036 Tarix: 26 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş