Vilayət Eyvazovdan yeni TƏYİNAT - FOTO

Vilayət Eyvazovdan yeni TƏYİNAT - FOTODaxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.

Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

E.Hacıyev bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti şöbəsi ləğv olunub.

BiG.AZ xəbər verir ki, faktı DİN mətbuat xidmətindən Oxu.Az-a təsdiq ediblər.

Vilayət Eyvazovdan yeni TƏYİNAT - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1338   Tarix: 26 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş