Şeyma Subaşı izləyicilərini PİS SÖYDÜ - FOTOFAKT
Mayamidə tətildə olan Şeyma Subaşı, sosial şəbəkədə qızı ilə bağlı paylaşımına şərh yazan izləyicisinə söyüşlə cavab verib.
BiG.AZ haberler.com-a istinadən xəbər verir ki, Şeymanın qızı hazırda atası Acun Ilıcalının yanındadır.
Bu səbəbdən Subaşı qızıyla fotosunu paylaşaraq bu sözləri yazıb:
"Son 5 gün. Xahiş edirəm, anana qayıt, əkizim, balaca bacım, sevgilim, balam, qızım, hər şeyim".
İzləyicilərdən biri isə paylaşımına ""Qayıt" dedikdə, puldan danışır" şərhini yazıb.
Bu sözlərdən qəzəblənən Subaşının söyüşlə dolu cavabı hər kəsi şoka salıb:
"Tam quşbeyinli. Sən və sənin kimi şərh yazan, danışan və düşünənlər, hamınız axmaq, quşbeyinsiniz. Yaxşı ki, sizin kimilərlə heç vaxt qarşılaşmıram, eyni yerlərdə olmuram. Həzm etməyən, bədbəxt, doymaq bilməyən, klaviatura qəhrəmanları, quşbeyinlilər! Doğrudan da, hələ də pis-pis şərhləri davam etdirəcəksiniz? Bir... profilimdən".
Natəvan Baxşiyeva
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş