"Heç kim inanmazdı ki, biz Şuşanı bıçaqla alacayıq" - İgid qazimiz danışdı

"Heç kim inanmazdı ki, biz Şuşanı bıçaqla alacayıq" - İgid qazimiz danışdıŞairə, aparıcı Nazilə Səfərli sosial mediadakı paylaşım ilə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, Nazilə "İnstagram"hesabında qazimiz Alik Məmmədovun Şuşanı necə aldıqları barədə
sözlərini paylaşıb:

"Şuşaya kanatla qalxdıq, yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, limonka ilə döyüşə gedirdik. Bizi nə gözləyir bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqeylərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi, çünki onlar bizim ordan, yollardan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın (Hikmət Mirzəyev) düzgün döyüş tapşırığı, düzgün koordinatları olmasaydı məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm 40-a yaxın erməniyə bıçaq salıb çıxartmışam həmin hücum anı. Onların arasına düşən panika belə general tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik. Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah sursat və canlı qüvvə ilə təmin eləmişdilər. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı".

SAMİRƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1499   Tarix: 26 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

21:01 0
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

12:40 227
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

17:49 106
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 801
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

17:29 354
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

14:28 312
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 338
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 882
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 187