Koronavirus məşhur ifaçının həyatını MƏHV EDİB

Koronavirus məşhur ifaçının həyatını MƏHV EDİBAmerikalı pop ifaçı Mayli Sayrus koronavirus pandemiyası fonunda alkoqol problemi yaşamağa başlayıb.

Bu barədə ulduz müğənninin özü rəsmi "YouTube" kanalında xəbər verib.

"Bir çox insan kimi pandemiya zamanı boşluğa düşdüm. Ayıq olduğum barədə heç vaxt yalan danışmaram. Mən büdrədim və indi ayıq həyat tərzinə qayıdıram. İki həftədir içki içmirəm", - deyə ifaçı etiraf edib.

28 yaşlı Sayrus həyatındakı problemlərin alkoqol səbəbiylə deyil, daha çox sərxoş halda verdiyi qərarlar üzündən yarandığını deyib.

İfaçı həmçinin etiraf edib ki, bir çox məşhur sənətçinin ​​təqribən 27 yaşında ölməsi onu səhhəti barədə düşünməyə məcbur edib. /Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2058   Tarix: 26 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş