"Doktorlar"ın aktyoruna ACI XƏBƏR
"Doktorlar" serialı ilə tanınan aktyor Bekir Aksoy ilə bağlı acı xəbər var.
BiG.AZ türk mediasına istinadən xəbər verir ki, aktyor özü də daxil olmaqla həyat yoldaşı və 8 aylıq qızı koronavirusa yoluxub.
Xəstəlik müddəti ağır keçən ailənin vəziyyətinin hal-hazırda yaxşıya doğru irəlilədiyi bildirilib. Bu səbəbdən onlar artıq müalicəni evdə davam etdirməyə başlayıblar.
Fidan Bayramova
BiG.Az


Şou biznes Baxılıb: 2048 Tarix: 26 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş