Şəhid yoldaşının qisasını aldı - Sonra özü də şəhid oldu - VİDEO

Şəhid yoldaşının qisasını aldı - Sonra özü də şəhid oldu - VİDEODöyüşdə şücaət göstərən leytinant, qəhrəman kəşfiyyatçı Zahir Feyzullayev şəhid döyüş yoldaşının torpağa tapşırıldığı gün onlarla ermənini məhv edərək dəfn yerinə zəng edib yoldaşının qisasını aldığını bildirib. Xocavənd uğrunda döyüşlərdə isə özü şəhid olub. Zahir "vətən torpaqları bizim qeyrət, namus rəmzimizdir, onu işğaldan azad etməliyik" arzusu ilə hərbi xidmətə gedib.

Vətən müharibəsində qəhrəmanlıq göstərənlərdən biri də kəşfiyyatçı Zahir Feyzullayev olub.

O, 1992 ci ilin 24 dekabrında Oğuz rayonunun Muxas kəndində anadan olub. Həqiqi hərbi xidməti başa vurduqdan sonra vətən torpaqlarının azad edilməsi arzusu ilə könüllü olaraq orduya gedib. Leytinant rütbəsi ilə Füzulidən başlayaraq, Zəngilan və Xocavənd istiqamətində döyüşüb. Son döyüşü Tuğ kəndi uğruna gedən döyüşlər olub. Hücum zamanı yaxınlığa düşən mərmi onu şəhidlik zirvəsinə yüksəldib. Onun qəhrəmanlığını ailə üzvləri yoldaşlarından eşidib.

Zahir Feyzullayev bundan əvvəl də hərbidə müxtəlif istiqamətlərdə fərqlənib. Medal və tərifnamələr alıb.

Ailəsi bildirir ki, fəxr edirlər ki, övladları vətən uğrunda şəhid olub. İndi onun ruhu şaddır, çünki, uğrunda döyüşdüyü torpalarımız düşməndən azad edilib. /xezerxeber


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 26 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş