Xocalı və Xocavəndin kəndlərinin adı ilə bağlı qanun TƏSDİQLƏNDİ

Xocalı və Xocavəndin kəndlərinin adı ilə bağlı qanun TƏSDİQLƏNDİPrezident İlham Əliyev Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında qanunu imzalayıb.

BiG.AZ-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

Bundan başqa, dövlət başçısı Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanunu da imzalayıb.

Qanuna əsasən, Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 997   Tarix: 25 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş