Maradona VƏFAT ETDİ - Argentinada MATƏM ELAN OLUNDU
Argentina hökuməti Dieqo Maradonanın ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
Bu barədə ölkənin prezident administrasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Argentina prezidenti Maradonanın ölümü ilə bağlı bu gündən başlayan üç günlük matəm elan edib. /Oxu.az
20:38
Dünya futbol əfsanəsi Dieqo Armando Maradona vəfat edib.
BiG.AZ-ın məlumatına görə, argentinalı dünya çempionu 60 yaşında həyatla vidalaşıb.
Qeyd edək ki, Maradona 11 noyabrda xəstəxanadan evə yazılmışdı. O, subdural hematomadan əməliyyat olunmuşdu.
BiG.Az


İdman Baxılıb: 2049 Tarix: 25 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş