Əhalinin NƏZƏRİNƏ: Bu rayonlarda su olmayacaq
Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmir yolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsi ilə əlaqədar noyabrın 26-27-də Bakının Binəqədi və Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə BiG.AZ-a "Azərsu" ASC-dən bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
BiG.Az


Xəbərlər Baxılıb: 1884 Tarix: 25 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş