Yeniyetmə oğlanlar 10 yaşlı qızı qəddarcasına döydülər - VİDEO
Bir neçə yeniyetmə 10 yaşlı qızı qəddarcasına döyürlər.
BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, 360 TV bununla bağlı kadrları yayımlayıb.
Bildirilir ki, hadisə Rusiyanın Kostroma vilayətində baş verib.
Zərərçəkənin anasının sözlərinə görə, 11-14 yaşlı uşaqlar ümumilikdə yeddi nəfər olub. Onlar qızla eyni məktəbdə oxuyurlar.
Ana bildirib ki, yeniyetmələr uşağı üzündən vurublar, zibil qabına başı aşağı atıblar, tüpürüblər və başqa təhqiredici hərəkətlər ediblər.
Hadisə ilə bağlı cinayət işinə başlanılıb.
BiG.Az


Maraqlı Baxılıb: 1378 Tarix: 25 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş