"Məni qapı arxasına qoydular ki, qocalıb"

"Məni qapı arxasına qoydular ki, qocalıb""1990-cı ildə teatr açdım. Azərbaycanda ilk dəfə Estrada Teatrı yaratdım. Yer olmadığına görə, dolanmaq çətindir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlili "Onun Sirri" proqramında deyib. Aktyor bildirib ki, bir vaxtlar yaratdığı teatrı artıq maddi sıxıntılar yaşayır:

"5 ildən sonra məni vurmasaydılar, qarşımı kəsməsəydilər inkişaf edərdim. İndi teatrım Kiyev, Moskvada və Sankt-Peterburqda var. Amma Bakıda yoxdur. Bu sahənin adamı kimi xeyir verə bilərdim. Məni qapı arxasına qoydular ki, qocalıb.

Bir dəfə məni bir tədbirə dəvət etdilər. Dedilər, teatr açılır, pul yoxdur. Həmin vaxt bir nəfərə köhnə pulla 1,5 milyon yardım etdim. Teatr açdılar və mən özümə düşmən qazandım. Mən teatrın inkişafı üçün pul vermişdim, düşmənçilik üçün yox. Həmin adam mənim böyük dostum idi, sənətkardır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1777   Tarix: 25 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş