Füzulidə ağır qəza: Ölən var
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, noyabrın 24-də saat 21 radələrində rayonun Əhmədbəyli kəndi ərazisində kənd sakini S.Əsgərovun idarə etdiyi "QAZel" və Horadiz şəhər sakini Elmir Ağayevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə E.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
BiG.Az


Xəbərlər Baxılıb: 841 Tarix: 25 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş