Şuşa zəfərindən sonra şəhid olan üçqat dünya çempionu - VİDEO

Şuşa zəfərindən sonra şəhid olan üçqat dünya çempionu - VİDEOXaçmazlı kikboksçu, üçqat dünya çempionu Kərəm Veyisov Vətən müharibəsində Füzulidən Şuşayadək döyüş yolu keçərək qəhrəmancasına şəhid olub.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, Kərəm Veyisov 1998-ci ildə Xaçmaz şəhərində doğulub. Hərbi xidmətini başa vuran Kərəm iyul döyüşlərindən sonra ordu sıralarına könüllü yazılıb. Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan qəhrəman çavuş manqa komandiri kimi döyüşlərə atılıb. Füzuli uğrunda gedən ağır döyüşdə yaralansa da, bir həftə sonra yenidən silaha sarılaraq cəbhənin ən gərgin istiqamətlərində düşmənə qan uddurub. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlının işğaldan azad olunmasında fəal iştirak edib.

Şəhidin anası Nərgiz Veyisova hər dəfə rayonlarımız düşmən tapdağından azad olunduqca Kərəmin evə zəng edib sevincini onlarla və qardaşı ilə bölüşdüyünü bildirib. "Cəbhəyə könüllü yazıldı. Oktyabrın 1-də hərbi komissarlıqdan yola saldıq. Hər dəfə zəng edəndə uğurlu döyüşlərindən danışırdı. Zəngilanın, Qubadlının alınmasından böyük ruh yüksəkliyi ilə söhbət açırdı. Bir ana kimi oğlumla fəxr edirəm. Bayrağını, Vətənini sevən bir övlad idi. Qəhrəmancasına döyüşərək həlak oldu", - deyə şəhidin anası söyləyib.

Nərgiz Veyisova Kərəmin sonuncu dəfə Şuşa uğrunda döyüşdən əvvəl evə zəng edərək həlledici savaşa atılacaqlarını bildirdiyini qeyd edib. Hərbçi yoldaşlarının söylədiyinə görə, Kərəm Şuşanın alınmasında böyük şücaət göstərib və müqəddəs şəhərimizdə üçrəngli bayrağımızın dalğalanmasına şahidlik edib. Müharibənin başa çatmasına saatlar qalarkən K.Veyisov Şuşa şəhərində düşmən mərmisinin yaxınlığında partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Şəhidin atası Səttar Veyisov bildirib ki, hərbçi yoldaşları Kərəmin döyüş yolundan danışarkən onun bütün savaşlarda ən öndə getdiyini qeyd edirlər: "Uşaqlıqdan idmana marağı vardı. Kikboksinq üzrə beynəlxalq yarışlarda uğurlar qazandı. Adını könüllü cəbhəyə yazdırmağından heç birimizin xəbəri olmayıb. Bizə sonradan dedi. Cəbhəyə yollanandan sonra Horadizdə olduğunu bildirdi. Sonra bir neçə gün əlaqə saxlaya bilmədik. Zəng edəndə bildirdi ki, ağır döyüşlərdə yaralanıb, amma vəziyyəti yaxşıdır. Yenidən döyüşlərə qatıldı. Ordumuz irəlilədikcə Kərəmin də Zəngilandan, Qubadlıdan sorağı gəlirdi. Sonuncu zəngi Xankəndi ətrafından etmişdi. Dedi ki, Şuşaya qalxırıq. Döyüş yoldaşları Kərəmi "Canavar" ləqəbi ilə çağırırdılar. Dediklərinə görə, düşməni yalın əlləri ilə boğaraq məhv edirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Otuz ildən sonra qəhrəman oğullarımızın və Müzəffər Ali Baş Komandanımızın sayəsində torpaqlarımızı işğaldan azad etdik".

Kərəm Veyisov idman sahəsindəki uğurları ilə də daim diqqəti cəlb edib. On bir yaşından kikboksinqlə məşğul olan Kərəm dəfələrlə Azərbaycan birinciliyinin, bir sıra nüfuzlu beynəlxalq yarışların, o cümlədən üç dəfə dünya çempionatının qalibi adını qazanıb. Ötən ildən isə "Çempion" kikboksinq klubunu yaradaraq məşqçi kimi fəaliyyətə başlamışdı. Klubda təşkil etdiyi ilk yarış isə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub.

"İdman yarışlarında da dəfələrlə ermənilərlə üzləşib. Hər dəfə də onları diz çökdürməyi bacarıb" -deyə Kərəmin məşqçisi Ramin Nəcəfov söyləyib.

Kərəm Veyisov həm idman yarışlarında, həm də döyüş meydanında bayrağımızı şərəflə dalğalandıran qəhrəman kimi xalqımızın yaddaşında daim qalacaq.

Şuşa zəfərindən sonra şəhid olan üçqat dünya çempionu - VİDEOŞuşa zəfərindən sonra şəhid olan üçqat dünya çempionu - VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5596   Tarix: 25 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

21:41 0
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

17:38 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

16:57 0
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

13:57 0
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

13:26 0