"Snapchat"da "TikTok"a bənzər YENİLİK

"Snapchat"da "TikTok"a bənzər YENİLİK"Snapchat" messencerinə sahib olan "Snap" şirkəti qısa video paylaşma xidməti olan "TikTok"un oxşarı "Spotlight"ı istifadəyə verdiyini elan edib.

BiG.AZ xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilir.

"Snap" ən populyar videoların yaradıcılarına gündə ümumilikdə 1 milyon dollar ödəmə vəd edib. Ödənişlər unikal baxışların sayından asılı olacaq. Videolar üçün pul almaq imkanı 2020-ci ilin sonunadək aktual olacaq. Ödənişi almaq üçün "Spotlight"da video orijinal, şaquli olmalı, 60 saniyəyə qədər çəkməli, "Snapchat" veb-saytında təsdiqlənməlidir. İstifadəçilər filtrləri və effektləri tətbiq edə və "Snapchat" kitabxanasından qısa videolara musiqi əlavə edə bilərlər.

Yeni funksiya artıq ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya, İrlandiya, Norveç, İsveç, Danimarka, Almaniya və Fransada mövcuddur. Şirkətdən bildirilib ki, yaxın vaxtlarda funksiya digər dövlətlərdə də mövcud olcaq. /Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 579   Tarix: 25 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş