Abşeronda maşın yeniyetmə qızları vurdu
Abşeron rayonunda iki yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Big.az "Report"a istinadən xəbər verir ki, avtomobil 2006-cı il təvəllüdlü Musayeva Nailə Niyaz qızını və onun həmyaşıdı Mikayılzadə Vüsalə Vüsal qızını vurub.
Hər iki yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Musayevaya bud sümüyünün sınığı, V.Mikayılzadəyə isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
BiG.Az


Xəbərlər Baxılıb: 2363 Tarix: 24 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş