Korpus komandiri şəhid polkovnikin övladına bayrağımızı təqdim etdi - FOTO
Şəhid Polkovnik Babək Səmidlinin dəfnində duyğulu anlar yaşanıb.
Belə ki, qəhrəman hərbçimizin dəfn mərasimindən sonra korpus komandiri, general-mayor Hikmət Həsənov B.Səmidlinin tabutu bükülmüş bayrağı onun oğluna verib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Qeyd edək ki, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub. /oxu.az
BiG.Az


Xəbərlər Baxılıb: 1113 Tarix: 24 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş