Bu şəxslərin də təhsil haqları dövlət tərəfindən ödəniləcək

Bu şəxslərin də təhsil haqları dövlət tərəfindən ödəniləcəkPrezident İlham Əliyev "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə" qanunu təsdiq edib.

BiG.AZ xəbər verir ki, qanuna əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilirdi.

Artıq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da övladlığa götürüldükdə də bu hüququ özlərində saxlayacaqlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2132   Tarix: 24 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş