Gəlin qayınanasını amansızlıqla QƏTLƏ YETİRDİ

Gəlin qayınanasını amansızlıqla QƏTLƏ YETİRDİBakıda 70 yaşlı qayınanasını qətlə yetirməkdə təqsirli bilinən Mədinə Qreçnevanın cinayət işi.

BiG.AZ xəbər verir ki, hadisə ötən il sentyabrın 18-də paytaxtın Xətai rayonu Telnov küçəsi 3, mənzil 91 ünvanında baş verib.

70 yaşlı Valentina Qreçnevanın oğlu Alik Qreçnev işdən evə qayıdan zaman anasının qan içində olduğunu görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadının baş nahiyyəsində bir neçə xəsarət aşkar ediblər. Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı ailənin gəlini Mədinə Qreçneva şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı M.Qreçneva cinayəti etiraf edib.

İlkin dindirmə zamanı M.Qreçneva törətdiyi əməli etiraf edib. Evliliyin ilk günündən etibarən qaynanasının onunla yola getmədiyini, oğlundan onu boşamasını tələb etdiyini deyib. Ailədaxili narazılıqlar səngimək bilməyib və Mədinə oğlunu da götürərək ər evini tərk edib. Amma həyat yoldaşı ilə əlaqəsini kəsməyib. Qaynanası evdə olmadığı zamanlar əri Aliklə evdə görüşüb. Mənzilin açarının biri Mədinə də olub. Növbəti dəfə evə gələrkən dəhlizdə qaynanası ilə rastlaşıb. Qaynana-gəlin arasında yaranan mübahisə qansız ötüşməyib.

Mədinə Qreçneva daha sonra bildirib ki, mübahisə zamanı qayınanası əlində bıçaq üstünə gəldiyi üçün masanın üstündəki boş araq şüşəsini götürüb qayınanasının alın nahiyyəsinə bir neçə dəfə ardıcıl zərbələr vurub.

Qayınanasını onun itələyib otaqdan çıxarıb və mübahisələri dəhlizdə davam edib: "Qayınanam sonra çayniki götürüb üstümə tökmək istədi. Məndə əlimdəki şüşə qabla ona yenə zərbə vurdum. Başından qan açıldı və yıxıldı yerə".

Bundan sonra Mədinə paltarlarını geyinib və evdən çıxıb. Valentinanın sağ olduğunu hiss etdiyi üçün mənzilin qapısını açarla bağlamayıb. Araq şüşəsinin üstündə əl barmaq izləri qaldığı üçün tutula biləcəyini fikirləşib şüşəni solafan torbaya büküb özü ilə götürüb və anası gilə gedən yolda zibil qutusuna atıb.

Gecə saat 2 radələrində həyat yoldaşı Alik polis əməkdaşları ilə onlara gəlib anasının öldüyünü deyib və onu şöbəyə aparıblar.

Mədinə Qreçneva əvvəl heçnədən xəbəri olmadığını desə də, sonra hər şeyi olduğu kimi daşınıb və əməlindən çox peşman olduğunu bildirib.

Məhkəmə prosesi zamanı Mədinə Qreçneva özünü təqsirli bilməyib

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, istintaq orqanı Mədinə Qreçnevanın əməlini düzgün olaraq CM-nin 120.1.4-cü( xüsusi amansızlıqla qəsdən adam öldürmə)və 120.2.9-cu(köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə)maddələri ilə tövsif edib.

Sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mədinə Qreçneva 16 il müddətinə azadlıqdan məhrum edilib. /"Ölkə.Az"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1937   Tarix: 24 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 433
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 223
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 192
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 563
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19.04.2024 812
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 375
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 230
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 186
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 272