Ermənilər ordumuzdan kömək istədi - ŞOK VİDEO

Ermənilər ordumuzdan kömək istədi - ŞOK VİDEODünən Azərbaycan ordusunun üçrəngli şanlı bayrağımızı qaldırdığı Ağdamın Gülablı kəndində məskunlaşmış ermənilər qalan əşyalarını çıxarmaq üçün hərbçilərimizdən kömək istəyiblər.

BiG.AZ xəbər verir ki, bununla bağlı görüntüləri Baku TV əldə edib.

Görüntülərdən aydın olur ki, hərbçilərimiz onlara müvafiq qaydada yardım edirlər.

Videogörüntülər Azərbaycan hərbçilərinin döyüş meydanında göstərdiyi yüksək peşəkarlıq, yenilməzliklə yanaşı, insan faktoruna verdiyi yüksək dəyəri, mülki əhaliyə qarşı mərhəmətini ortaya qoyur.

Bu, həm də onu sübut edir ki, ordumuz düşmənə qarşı mübarizədə hərbi hədəflərdən başqa, heç bir mülki infrastrukturu nişan almayıb. Azərbaycan öz torpaqları uğrunda haqq mübarizəsi apararaq, inamlı qələbə qazanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1821   Tarix: 24 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş