BMT-dən Qarabağla bağlı MÜHÜM AÇIQLAMA
BMT mütəxəssisləri Dağlıq Qarabağda lazım olan humanitar yardımın həcmini qiymətləndirmək üçün Rusiya ilə birlikdə işləməyə hazırdır.
Big.az "Report"a istinadən xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.
"Rusiyanın sorğusuna cavab olaraq Baş katib təsdiq edib ki, mümkün olduğu zaman Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və BMT-nin digər ofisləri bölgədəki humanitar ehtiyacları tam şəkildə anlamaq, Dağlıq Qarabağ və ətraf ərazilərdə ilkin müstəqil qiymətləndirmə aparmaq üçün əməkdaşlıq və yerlərdə birgə fəaliyyət imkanlarını müzakirə etməyə hazırdırlar" deyə, o bildirib.
BiG.Az


Xəbərlər Baxılıb: 1183 Tarix: 23 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş