150-ə yaxın erməni əsgər və zabitini məhv edən Şəhriyar kimdir? - VİDEO

150-ə yaxın erməni əsgər və zabitini məhv edən Şəhriyar kimdir? - VİDEOTəkbaşına düşmənin 150-dən çox canlı qüvvəsini və bir neçə texnikasını məhv edən xüsusi təyinatlı qüvvələrin hərbçisi Şəhriyar Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. O, yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhadət zirvəsinə yüksəlib. İndi onu sevindirən əsas məqam isə şəhidin qanının yerdə qalmamasıdır.

Şəhriyar hələ 2 yaşında valideynlərinin qucağında doğma Ağdamdan çıxmışdı. Vətən müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirərək torpaqların geri qaytarılmasında əvəzsiz rol oynadı. Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Quliyev savaşın ilk günlərindən seçildi. Düşmənin çoxsaylı hərbçisini və texnikasını məhv etməklə.

Şəhriyar Füzuli, Cəbrayıl, Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib. Şuşa uğrunda gedən döyüşlərdə isə yaralı hərbçi yoldaşlarını döyüş meydanından çıxararkən özü də şəhid olub. İndi onun ailəsini sevindirən yeganə məqam torpaqlarımızin düşmən tapdağından azad edilməsi və bütün şəhidlərimizin qisasının alınmasıdır.

İndi igid şəhidimizdən bu xalqa əmanət ailəsi və atalarının dünyadan köçməsindən xəbərsiz olan 2 oğul övladı qalıb.Bir də Şəhriyarın canı və qanı bahasına yazdiğı qəhrəmanliq dastanı. /xezerxeber


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3060   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş