Ağdamın Gülablı kəndində Azərbaycan bayrağı qaldırıldı - VİDEO

Ağdamın Gülablı kəndində Azərbaycan bayrağı qaldırıldı - VİDEOAzərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Gülablı kəndində yerləşən keçmiş orta məktəbdə üçrəngli dövlət bayrağımızı yüksəldiblər.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi məktəbin ərazisi mina və digər partlayıcılardan təmizlənib. Sonra hərbçilərimiz Gülablı kənd orta məktəbinin qarşısında sıra düzülüşündə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Dövlət Himni ifa olunub. "Qarabağ Azərbaycandır!" deyən döyüşçülər Azərbaycan bayrağını dalğalandırıb.

Ağdamın Gülablı kəndində Azərbaycan bayrağı qaldırıldı - VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 512   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş