"Hippokrat maskası" – Ölüm yaxınlaşarkən insanın üzü BELƏ OLUR

"Hippokrat maskası" – Ölüm yaxınlaşarkən insanın üzü BELƏ OLURHippokrat maskası adlı sindrom həkimlərə tanışdır. Burda söhbət insanın, xəstənin ölüm ərəfəsində olduğunu göstərən zahiri əlamətlərdən gedir.

Bu əlamətləri ilk olaraq Hippokrat özü qeyd etmişdir. Ona görə üzdəki ölüm işarətlərinin məcmusuna onun adı verilib.

BiG.AZ Medicina.az-a istinadən xəbər verir ki, Hippokrat dövründə insanlar daha çox qarın boşluğu iltihabı, irinlərindən ölürdü. O ərəfədə meyiti yarmaq günah və cinayət hesab edilirdi. Ona görə həkimlər üçün ölüm səbəbini araşdırmaq çətin idi
.
Hippokrat xəstələrində bəzi zahiri əlamətlərə görə qarında peritonit, qanaxma, xora, bağırsaq keçməməzliyi, appendisitin olduğunu öyrənməyə başladı.

Bu xəstəliklər oxşar gedişata malik olduğu üçün əlamətləri də eynidir: qarında kəskin ağrılarla yanaşı, xəstənin gözləri çuxura düşür, yanaqları batır, çuxurlanır, gicgah sümüyü və burnu sivriləşir, qulağın ucu geri gedir, qulaqlar soyuq olur. Üzün rəngi torpaq rəngi alır, bozarır, iltihabi proseslərdə yaşıl rəng alır, göz bəbəkləri sanki şəffaf plyonka ilə örtülür, büllur donuqlaşır, dodaqlar ağarır, göyərir, ağız küncləri aşağı düşür. Alında tər damlaları yaranır, amma alın özü quru qalır.

Məhz bu əlamətlərə görə Hipporkat xəstənin ölümlə çarpışdığını anlayırdı.

Bütün xəstəliklər üzdə yazılıb

1884-cü ildə amerikalı həkim Raunenin "Müalicə, terapiya və diaqnostika üzrə məsləhətlər" kitabında o pasiyentin üzünə baxaraq diaqnostika metodikasını verib.

Raue yazır ki, əgər gələcəkdə həkimlər xəstənin üzündəki dəyişiklikləri dərindən öyrənsələr- rəngi, cizgiləri, mimikası, hərarəti – o zaman dəqiq və səhvsiz diaqnoz qoya bilərlər.

Raue əmindir ki, bütün xəstəliklər üzdə təzahür edir.

Məsələn sallaq, boş və aşağı doğru gedən cizgilər yuxu, depressiya, həzmlə problemləri göstərə bilər.
Professorun fikrincə, insanın ölümə doğru getdiyini də görmək olar.
Hippokrat maskası ilə müasir dövrdə Çikaqo alimləri də maraqlanıb.
Bir meçə təcrübədən sonra onlar belə nəticəyə gəlib ki, ölümə bir il qalmış yaşlı insanlarda həm zahiri, həm patoloji, həm psixoloji dəyişikliklər baş verir.
Belə ki, göz bülluru sönür, işığı azalır, donuqlaşır, insanda aqressiya itir, o daha sözəbaxan olur.

Üzdə simmetriya – ölümə yaxın

Hippokrat maskasında da qeyd olunur ki, ölməyə az qalmış insanın üzündə assimetriya azalır, itir və o daha simmetrik olur.

Bunu rusiyalı professor Yevgeniy Çernosvitov da təsdiqləyib.

O, uzun illər tibbi məhkəmədə işləyib.
Onun bir hobbisi də dahi şəxslərin ölüm öncəsi maskalarını toplamaq idi.

Ölənlərin üzünün analizləri nəticəsində Çernosvitov belə bir hipotez irəli sürdü ki, ölümə yaxın insanın üzü sanki açılır və assimetriya itir, sağ və sol tərəfdəki fərqlər aradan qalxır.

İnsanın üzü assimterikdir. Bİr gözü digərindən kiçik, bir tərəfi digərindən fərqli.
Vaxt keçdikcə, zamanla bu assimmetriya hamarlaşır.

O hətta maraqlı təcrübəsini də bölüşüb:

Müharizələrinin birində o, iştirakçılara müxtəlif illərdə çəkilmiş şəkillərinə diqqətlə baxmağı və üzdə dəyişikliklərə diqqət yetirməyi tapşırır.

Mühazirənin sonunda ona cavan bir gözətçi yaxınlaşıb, üzündəki assimteriyanın itdiyini, üzünün tam düzgün olduğunu bildirib. Professor onun üzünə baxdıqda həqiqətən belə olduğunu görür. Lakin o heç bir söz demir.

Cəmi 3 gün sonra həmin gəncin məhbuslardan biri tərəfindən bıçaqlanıb öldürüldüyünü eşidir

"Mən bu vaxta kimi üzü assimmetrik olan meyit görmədim" – deyə o bildirir.

Orqanizm yaşlandıqca və ya həyat gücünü itirdikcə, assimmetriya itir və deqradasiya baş verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1981   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311