Azərbaycan Ohanyanı beynəlxalq axtarışa verdi

Azərbaycan Ohanyanı beynəlxalq axtarışa verdiAzərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib.

BiG.AZ Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Ohanyan Seyran Muşeqoviç barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluq S.Ohanyanın barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib.

Noyabrın 11-də məhkəmənin sədri, hakim Elbəy Allahverdiyev istintaqın təqdimatını təmin edib. S.Ohanyan barəsində həbs qərarı çıxarılıb və onun istintaqa cəlb edilməsi üçün "İnterpol"a müraciət edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 530   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş