Azərbaycanda 18 yaşdan aşağı şəxslərin evdən çıxmasına qadağa qoyula bilər

Azərbaycanda 18 yaşdan aşağı şəxslərin evdən çıxmasına qadağa qoyula bilərXəbər verdiyimiz kimi noyabrın 22-də Azərbaycanda koronavirusa yoluxanların sayı rekord həddə çatıb. Belə ki, 3196 nəfər koronavirusa yoluxub, 24 nəfər dünyasını dəyişib. Yoluxma artma dinamikası ilə davam edərsə, Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Musa Quliyev bildirib ki, biz aprel ayındakı sərtləşmiş karantin rejiminə yenidən qayıtmalıyıq.

Bunun forması yəqin ki, Operativ Qərargah tərəfindən müəyyənləşəcək. İnsanlar arasında təması azaltmaq üçün lazım olan bütün tədbirlər görülməlidir. Artıq açıq havada da maska taxmaq məcburi oldu. Mən demirəm ki, 14 gün və daha çox müddətə insanlar evə qapadılsın. Çünki bunun sosial və psixoloji gərginliyi olur. Ən azı həftə sonları "sms icazə"yə keçmək olar. İki-üç həftə 65 yaşdan yuxarı insanların və 18 yaşdan aşağı insanların evdən çıxmasına qadağa qoyula bilər. Ümumiyyətlə onların evdən çıxmasına sosial və iqtisadi zəruriyyət yoxdur. Bu insanlar küçəyə çıxıb bir-birilərini yoluxdururlar. Təcrübədə onu göstərir ki, reanimasiyada olan xəstələrin çoxsusu 65 yaşdan yuxarı insanlardır. Bu insanlarda yaşla əlaqədar başqa xəstəliklər də olur. Ona görə də hesab edirəm ki, biz bu qadağanı tədbiq edə bilərik. Bu küçədə insanlarını və yoluxanların sayını azaldacaq. Ən önəmlisi siə nəqliyyatda sıxlıq aradan qaldırıla bilər".

Deputat vurğulayıb ki, dövlət müəssisələrində işçilərin sayı 30 faizə endirilib:

"Qalanları ya evdən işləyir, ya da sürüşə qrafiqlə. Bunu bütün özəl və dövlət müəssisələrinə tədbiq etmək lazımdır. Elə sahələr var ki, onlar evdən də işini görə bilərlər. Ona görə də onların işə çıxması vacib deyil. Səhiyyə, ərzaq və qəza xidmətlərdən başqa yerdə qalan müəssisələrdə insan sayını azaltmaq lazımdır. Çünki bu gedişlə ciddi problemlərlə üzləşəcəyik. Xəstəxanalarda demək olar ki, yerlər çox məhduddur. Reanimasiyalarda bəzən yerlər çatışmır.

Bu dinamika ilə davam edərsə biz 2500 və 3000 xəstəni xəstəxanalara götürə bilərik. Bundan əlavə biz tibb işçilərini də qorumalıyıq. Nə qədər xəstə çox olarsa tibb işçilərinin yoluxma ehtimalı da çox olacaq. Dərman ehtiyatı da tükənməz deyil. Bunları da fikirləşməlidir. Hesab edirəm ki, yaxın günlərdə Operativ Qərargah daha sərtləşmiş karantin rejimi ilə bağlı qərar verə bilər. Rayonlararası əlaqəni də minumuma endirmək lazımdır. Allah şəhidlərimizə rəhmət etsin. Artıq şəhid dəfnləri də yekunlaşır. Yas mərasimlərini məhdud sayda insanlarla yalnız dəfn günü keçirib, digər günləri təxirə salmaq lazımdır. Eyni zamanda restoranların işinə yenidən məhdudiyyət qoymaq lazımdır. Market və restoranlar onlayn işləməyə üstünlük verməlidir. Bu da küçədə insan sıxlığının qarşısını alacaq. Ən önəmlisi isə bu yolla yoluxma mənbələrini azalda bilərik. Hələ qış qabaqdadır, soyuq aylar çoxdur. Yəqin ki, virus əleyhinə vaksinin ölkəyə gəlib çıxması 2-3 aya mümkün olacaq. Ona görə də hesab edirəm ki, Operativ Qərargah daha sərt karantin rejiminə keçirilməsi barədə düşünməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13142   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198