ŞOK: Erməni qadın ərini, ata-anasını qəbirdən çıxardı

ŞOK: Erməni qadın ərini, ata-anasını qəbirdən çıxardı"Niyə onlar bizim uşaqları apardılar və onları öldürdülər? Ən azı bizə daha əvvəl deyə bilərdilər ki, torpaqları geri veririk, siz də hara istəyirsiz gedin, öz həyatınızı yaşayın. Mən heç bilmirəm ki, müharibədə ölən uşağımı hara gətirim, onu harada torpağa tapşırım. Niyə onlar belə iş görürlər?"

BiG.AZ xəbər verir ki, bunu "Sky News" televiziyasına açıqlamasında Birinci Qarabağ Müharibəsindən sonra qanunsuz olaraq Ağdama köçürülən erməni qadın bildirib. O, bu müharibədəki insan itkilərini ermənilər üçün mənasız və ağrılı hesab edib.

Qadının sağ qalan oğlu deyib ki, o, 6 həftə Şuşada xidmət edib, daha sonra şəhəri tərk etmək əmri gəlib:

"Qohumum lap yanımda, gözümün qarşısında öldü, mən bilmirdim ki, qaçıb öz canımı qurtarım, yoxsa qohumumun meyitini daşıyım. Mənim qardaşım ölüb, əmioğlum ölüb. Mən də ölmək istədim. Boğaza bir bıçaq çəkirsən və hər şey bitir!".

Ramilə Ovanesyan adlı qadın isə öz maşınında qəbirdən çıxardığı cəsədləri daşıyıb. O, deyir ki, ərinin, ana və atasının cəsədlərini də özü ilə aparır:

"Mənim ərim veteran idi, o, xərçəng xəstəliyindən öldü. Bütün qəbir daşlarını və cəsədləri götürürəm. Ancaq onları hara aparacağımı bilmirəm. Hökumət heç olmasa mənə bir az torpaq verməlidir ki, bu cəsədləri yenidən dəfn edim". /Redaktor.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1454   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş