"Ceyhun Mirzəyev, məkanın artıq cənnətdir"

"Ceyhun Mirzəyev, məkanın artıq cənnətdir""Şuşa azad edilən gündən Ceyhun Mirzəyevin (aktyor - red.) fotosunu paylaş̧dım və yazmışdım ki, rahat uyu, qisasın alınr".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Cavidan Novruz yazıb. Mərhum aktyor, "Fəryad" filminin qəhrəmanı Ceyhun Mirzəyevin şəklini yayımlayaraq bunları əlavə edib:

"Bunu ona görə etmişdim ki, bu insan öz sənəti uğrunda ürəyindən əziyyət çəkə-çəkə zülmlə filmi çəkdi. Amma nə bu filmi görə bildi, nə də torpaqların azad olunmasını... Ən böyük arzusu bu idi. İndi torpaqlar alınır, alındı və başa çatdı. Doğulub boya-başa çatdığı Ağdam gülablı da azad olundu. Demişdim ki, azad olunsun, onu ziyarətə gedəcəm.

İndi də sözümü tuturam, rahat uyu əvəzsiz Ceyhun Mirzəyev. 8 yaşımdan bu günə kimi bu insana olan sevgim, rəğbətim, diqqətim azalmadı. Onu ziyarətə gələcəm, "Yasin" oxutdurub, ətrafını gül-çiçəklə bəzəyəcəm. Sənə Ağdamın azad olunduğu müjdəsini verib, təbrik edəcəm, qəhrəman aktyorum.

Məkanın artıq cənnətdir məncə".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1858   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş