Erməni general niyə məğlub olduqlarını açıqladı - ŞOK SƏBƏB

Erməni general niyə məğlub olduqlarını açıqladı - ŞOK SƏBƏBErmənistan Müdafiə Nazirliyindəki vəzifəsindən istefa verən general Movses Akopyan müharibədə niyə məğlub olduqları ilə bağlı növbəti dəfə açıqlama verib.

BiG.AZ xəbər verir ki, Akopyan Rusiyadan aldıqları Su-30M döyüş təyyarələrindən istifadə etmədiklərini məğlubiyyətin vacib amillərindən biri kimi dəyərləndirib. Generalın sözlərinə görə, buna səbəb həmin təyyarələrin lazımi raketlərlə təchiz olunmamasıdır:

"Rusiya bu raketlərin satışına qadağa qoydu. Bununla yanaşı, heç bir işə yaramayan HMS aldıq".

Movses Akopyanın açıqlamaları ilə bağlı Ermənistan Baş Prokurorluğu araşdlrmaya başlayıb. /Redaktor.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1217   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş