Bakı-Ələt yolunda ağır qəza: Ölən və yaralanan var - FOTO

Bakı-Ələt yolunda ağır qəza: Ölən və yaralanan var - FOTOBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BİG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Ələt yolunun 40-cı kilometrliyində qeydə alınıb.

Belə ki, Rəşad Rəhmanovun idarə etdiyi 01-AD-751 dövlət nömrə nişanlı "İsuzu" markalı yük maşını arxadan 10-GE-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb, maşında olan sərnişin isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bakı-Ələt yolunda ağır qəza: Ölən və yaralanan var - FOTOBakı-Ələt yolunda ağır qəza: Ölən və yaralanan var - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 835   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş