Professordan XƏBƏRDARLIQ: "Qanınızın rəngi belədirsə..."

Professordan XƏBƏRDARLIQ: "Qanınızın rəngi belədirsə..."Bədəninizdəki bəzi simptomlardan oksigen səviyyəsinin aşağı olduğunu hiss edə bilərsiniz. Bu məsələ xüsusilə COVID-19 xəstəliyi səbəbi ilə son vaxtlarda gündəmədir.

BiG.AZ xəbər verir ki, türkiyəli professor Muhammed Emin Akkoyunlu qandakı oksigen çatışmazlığının müxtəlif yollarla özünü göstərdiyini söyləyib. Qan rəngi ilə az oksigen arasındakı əlaqəni izah edən professor qeyd edib ki, qan rəngi və parlaqlığı oksigen səviyyəsindən asılı olaraq dəyişir:

"Məsələn, infarkt keçirdiyiniz zaman ürəyinizdəki damarda laxtalanma baş verir, sinənizdə təzyiq və əzginlik hiss edirsiniz. Bu, müəyyən bir toxuma və ya orqanda olan oksigen çatışmazlığına işarədir.

Ayaqlarda və ya qollarda arteriyalar dediyimiz oksigen ötürən damarlarda tıxanma baş verir ki, bu da nəticədə həmin nahiyədə göyərmənin meydana gəlməsinə səbəb olur.

Əgər qandakı oksigen miqdarı çoxdursa, yəni qan oksigenlə doyursa, açıq qırmızı görünür. Ancaq qan oksigen ilə doymayıbsa, yəni oksigen miqdarı yetərsizdirsə, tünd qırmızı görünür. Əslində, qana parlaq rəng verən oksigendir. Dırnaq uclarına və dodaqlara da rəng verən qismən parlaq qırmızı və tünd qırmızı qanın təzadlı olmasıdır".

Mütəxəssis bədəndəki bəzi siqnalların oksigen səviyyəsini göstərdiyini söyləyib:

"Dodaq, dırnaq və barmaq uclarımızdakı rəng bənövşəyi rəng alırsa, deməli, bu bölgədə oksigen çatışmazlığı var. Xüsusilə dodaqlar və barmaqlar bizim üçün çox vacibdir. Bu bölgələr bədənin kənar ətrafları olmasına baxmayaraq, ümumi oksigen çatışmazlığını ilk olaraq göstərir.

Məsələn, çox soyuq suya girib çıxdıqda bədən istiliyini artırmaq üçün damarlar büzüşür. Əllərə və dodaqlara çox qan axını olmur və oksigen azaldıqca qan rəngi tündləşməyə başlayır. Bütün bu əlamətlərin üşüyəndə baş verməsi normal və müvəqqətidir, lakin normal şəraitdə, soyuqdəymə olmadıqda, dodaqlarda və barmaqlarda tünd rəng varsa, ya qanda oksigen ötürülməsində, ya da qan dövranında problem var. Bu halda mütləq həkimə müraciət edin". (publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1989   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2825
.

Xərçəngin ən çox yayıldığı ölkələr – SİYAHI

Xərçəngin yayılmasının ölkələr üzrə reytinqi Ümumdünya Səhiyyə Təşkilatının Qlobal təşəbbüsünün məlumatlarına əsaslanır. Mütəxəssislər araşdırma çərçivəsində hansı ölkələrin xərçəngdən daha çox əziyyət çəkdiyini müəyyən ediblər. -ın xarici mediaya istinadla xəbərinə görə, bu reytinq Ümumdünya Səhiyy

31.12.2023 1442
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 821
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 384
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 852
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 614
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

07.04.2024 430
.

Yorğun hiss edirsinizsə, bunları yeyin

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi

25.02.2024 1210
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 426