Füzulidəki dağıntıları gözlərimizlə gördük - Kestutis Yankauskas

Füzulidəki dağıntıları gözlərimizlə gördük - Kestutis Yankauskasİlk növbədə Füzuliyə gələn hər bir insan özünə sual verir - müharibə nədir, dağıntılar nədir? Hər kəsin, hər bir insanın, ailənin istədiyi inkişaf və sülhdür.

Bunu jurnalistlərə müsahibəsində Azərbaycanın işğaldan azad olunan Füzuli şəhərinə səfər edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Avropa İttifaqının Azərbaycan və regionla sülh, inkişaf üçün əməkdaşlıq etdiyini deyən K.Yankauskas bildirib:

"Ümid edirik ki, gələcəkdə belə hadisələr baş verməyəcək, yalnız sülh və əmin-amanlıq olacaq. Bura gələn hər kəs görür ki, müharibə, dağıntılar, sülh nədir. Bunlar göstərir ki, müharibə ilə sülh arasında hansı ziddiyyət var. Bu səfəri təşkil etdiyi üçün Azərbaycan rəsmilərinə təşəkkürümü bildirirəm ki, bütün bunları öz gözlərimizlə görə bildik".(publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 406   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş