Yaşar Nurinin ölümündən 8 il ötür - Foto

Yaşar Nurinin ölümündən 8 il ötür - FotoNoyabrın 22-də Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Yaşar Nurinin ölümündən səkkiz il ötür.

BiG.AZ axşam.az-a istinadən xəbər verir ki, bu gün sənətkarın ailə üzvləri Yaşar Nurinin məzarını ziyarət ediblər.

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. O, Azərbaycan teatrında və kinosunda onlarla obraza səhnə, ekran ömrü bəxş edib. Yaşar Nurinin iştirakı ilə çəkilən televiziya tamaşaları bu gün də sevə-sevə izlənir.

Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn edilib.

Allah rəhmət eləsin!

Yaşar Nurinin ölümündən 8 il ötür - FotoYaşar Nurinin ölümündən 8 il ötür - FotoFotoda Yaşar Nurinin qızı Ülkər Nuriyevadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1354   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş