"Bu qələbə Azərbaycan ordusunun cəbhədə qazandığı möhtəşəm zəfərdir!" - "BİG Group"un rəhbəri Emil Əkbərov

"Bu qələbə Azərbaycan ordusunun cəbhədə qazandığı möhtəşəm zəfərdir!" - "BİG Group"un rəhbəri Emil Əkbərov"Bu gün Azərbaycan böyük sevinc içərisindədir. Təbii ki, hamı kimi, mən də çox sevincliyəm. Rəşadətli ordumuz Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 30 illik həsrətinə son qoyaraq işğal altında olan torpaqlarımızı azad edib. Bu qələbə Azərbaycan ordusunun cəbhədə qazandığı möhtəşəm tarixi zəfərdir!"

Bu sözləri BiG.AZ-a "BİG Group"un rəhbəri Emil Akbarov deyib.

O, qeyd edib ki, Azərbaycan öz problemini təkbaşına həll edərək hərbi gücünü və diplomatik imkanlarını bütün dünyaya göstərdi:

"44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və bizim şanlı qələbəmizlə nəticələndi. Döyüş meydanında məğlub olan işğalçı Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək üçtərəfli bəyanatı imzalamalı oldu.
Biz döyüş meydanında parlaq qələbə qazanaraq siyasi meydanda da istəyimizə nail ola bildik. Ermənistanın uğursuz və işğalçı ölkə olduğunu bir daha sübut etdik. Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu.
Haqq yolunda vuruşan Azərbaycan Ordusu müstəqilliyin qorunması üçün üzərinə düşən missiyanı mükəmməl şəkildə yerinə yetirən, güclü bir ordudur".

Emil Əkbərov türk qardaşlarımızın da dəstəyini yüksək qiymətləndirib:

"Türkiyənin bu prosesdə ilk gündən Azərbaycana siyasi və mənəvi dəstək verməsi, bütün zəruri yardımı göstərməyə hazır olduğunu diqqətə çatdırması Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin necə ali dəyərlərə malik olduğunu bir daha sübut etdi. İnanıram ki, tarixdə çətin və sevincli günlərdə bir-birinin yanında olan dövlətlərimiz və xalqlarımız bunu sonsuzadək davam etdirəcəklər".

Sonda "Big Group" rəhbəri bu sözləri əlavə edib:

"Əldə edilən qələbə təkcə Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan əsgərinin deyil, bütün Azərbaycan XALQININ möhtəşəm zəfəridir!
Müzəffər Ordumuzun erməni işğalçıları üzərində şanlı qələbəsi Ali Baş Komandanın ətrafında xalqın dəmir yumruq kimi sıx birləşməsi, əhalidə olan yüksək vətənpərvərlik ruhu, güclü iqtisadiyyat və qüdrətli ordu quruculuğu nəticəsində əldə olundu.

Bu gün bütün dünya heyrətlə Azərbaycan Ordusunun 44 gündə apardığı parlaq əks-hücum əməliyyatlarından danışır.

Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan ordusu erməniləri torpaqlarımızdan "iti qovan kimi qovdu"! Bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmənə və onun havadarlarına tarixi dərs verərək Dağlıq Qarabağın əsl sahibinin AZƏRBAYCAN olduğunu dünyaya xatırlatdıq. Biz tarix yazırıq, YENİ tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq! Bu, ZƏFƏR tarixidir!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 830   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

Məşhur aktrisanı aldatdılar – "Key deyiləm, abır-həya edirəm"

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. -ın xəbərinə görə, o bu barədə o, öz "Instagram" hesabında məlumat verib. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyi

27.03.2024 447
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27.03.2024 276
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdi

27.03.2024 349
.

İran prezidenti: "Qəzzada baş verənlər ABŞ və Qərb üçün utancvericidir"

İran prezidenti Rəisi Tehranda olan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib. xəbər verir ki, görüşdə Rəisi Qəzza xalqının müqaviməti ilə Fələstin məsələsinin İslam dünyasının hüdudlarından kənara çıxdığını və bütün dünya xalqlarının probleminə çevrildiyini bildirib. "Qəzzada ba

27.03.2024 202
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Xocalıda qalıqları tapılan şəhidin oğlu: "Atam bizi çıxardı, özü orada qalıb döyüşdü" - VİDEO

Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib. Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər

27.03.2024 346