Muazzez Ersoy üsyan etdi - FOTO

Muazzez Ersoy üsyan etdi - FOTO2000-ci ildə türkiyəli müğənni Muazzez Ersoyun təşəbbüsü və yardımları ilə inşa olunan leykoz xəstəxanasının adı dəyişdirilib.

BiG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçi bununla bağlı narazılığını sosial şəbəkədə qeyd edib:

"Xəstəxana üçün Ankarada yerləşən evimi hədiyyə etdim. Yardım məqsədi ilə konsertlər verdim. Vəzifəli şəxslərdən yardım topladım. Xəstəxana ilk dəfə açılanda "Muazzez Ersoy Lösemili Çocuklar Hastanesi" olaraq açıldı. İndi isə adı dəyişdirilir. Sanki bunları mən etməmişəm, bu məni kədərləndirir. Əmək verilibsə, ad qoyulubsa, dəyişdirilməli olduğunu düşünmürəm. Ya qoyulmayacaqdı, ya da dəyişdirilməyəcəkdi".

Muazzez Ersoy üsyan etdi - FOTOMuazzez Ersoy üsyan etdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1458   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş