Şəhid mayorumuzun son sözləri: "Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir" - FOTO

Şəhid mayorumuzun son sözləri: "Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir" - FOTOİkinci Qarabağ Müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı.

Onlar Azərbaycan xalqının 28 illik vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq.

Müharibə şəhidsiz olmur. Bu da müharibənin yazılmamış qanunlarından biridir. Elə bir müddət əvvəl şəhadətə qovuşan mayor Aqşin İbadov da torpaqları uğrundan canından keçdi. Düşmənə baş əyməyən, sona qədər qəhrəmancasına vuruşan mayor Aqşin İbadov Zəngilan istiqamətində gedən döuüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Şəhid mayorumuzun son sözləri: "Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir" - FOTOOnun vətənə əmanəti ömür-gün yoldaşı və 14 günlük qızı qalıb.

Şəhid mayor Aqşin İbadovun həyat yoldaşı Məhsəti İbadova Oxu.Az-a açıqlamasında deyib ki, Aqşin qızını cəmi bir neçə gün görə bildi:

Şəhid mayorumuzun son sözləri: "Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir" - FOTO"Qızını cəmi bir neçə gün gördü. Bizimlə elə sağollaşdı ki, sanki bir daha qayıtmayacağını hiss edirdi. Şəhid olacağını bilirdi. Aqşin çox vətənpərvər insan olub. O, peşəkar hərbçi, mayor və qayğıkeş ailə başçısı idi.

Döyüşlər başlayanda biz Türkiyədə idik. Azərbaycanın haqq davasında, torpaqlarımızın işğaldan azad olunması üçün hər fürsəti dəyərləndirirdi. Biz sentyabrın sonlarında Azərbaycana gəldik və sentyabrın 30-da Aqşin ön cəbhəyə getdi.

Şəhid mayorumuzun son sözləri: "Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir" - FOTOAqşin Türkiyədə təhsil almışdı. Vətəninə bağlı idi. Onun yoxluğu mənim üçün ağır olsa da, tək təsəllim torpaqlarımız uğrunda şəhid olmasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün Azərbaycanın işğal altında olan torpaqları artıq azad olunub. Aqşinin də, digər şəhidlərimizin də qanı yerdə qalmadı".

Şəhid mayorumuzun son sözləri: "Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir" - FOTOŞəhid mayorun həyat yoldaşı deyir ki, Aqşin şəhid olmazdan qabaq telefonunda qeyd yazıb:

"Telefonuna hər şeyi qeyd edərdi. Bilirdim ki, bu dəfə də nəsə yazıb. Telefonunu mənə gətirən kimi qeydlərin içərisinə baxdım. Orada mənə yazılan son məktubunu gördüm. Onun mənə son sözlərini də belə bildim".

Mayor mobil telefonundakı son qeydi:

"Narahatlıq. Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir. İçimdəki səs bu qədər mükəmməlik və xoşbəxtliyin davamında bir şeylər olacağını deyir. Susdurmaq istəsəm də bu səsi, susmur. Hər şey, Hərbi Akademiya, evlilik təklifi, Türkiyə, nişan, nikah, qız toyu, öz toyum, təkrar Türkiyə, bir-birini əvəz edən xoşbəxt günlər, qızımızın dünyaya gəlməsi. Allahım, sənə şükürlər olsun!

Bu qədər gözəlliyin davamında şəhadətə sevinc və könül rahatlığı ilə addımlamağa hazıram. Çünki övladımı əxlaqlı, imanlı, vicdanlı və vətənpərvər ruhda böyüdəcək və şəhadətimin qisasını alması üçün qızımı sağlam ruhda tərbiyə edəcək sevdiyim qadın, həyat yoldaşım, can dostum var. Məsi, səni sevirəm əzizim! Allaha əmanət ol!"

Şəhid mayorumuzun son sözləri: "Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir" - FOTOXatırladaq ki, 1984-cü il təvəllüdlü İbadov Aqşin Nizami oğlu Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdu. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə tarix yazan, şəhidlik zirvəsinə ucalan Azərbaycan ordusunun mayoru Aqşin İbadovun peşəkar hərbçi idi.

Şəhid mayorumuzun son sözləri: "Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir" - FOTOAllah rəhmət eləsin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2009   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

12:54 216
.

Faktiki hava açıqlandı

Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili

11:42 163
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 122
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 545
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 278
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 436
.

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblər

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın aksız markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2 377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar olunara

15:01 0
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 379
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 680