Ermənistana dəstək üçün Qarabağa gedən yunan idmançı ölüb - FOTO

Ermənistana dəstək üçün Qarabağa gedən yunan idmançı ölüb - FOTODağlıq Qarabağda gedən döyüşlərdə işğalçı Ermənistan ordusu sıralarında Azərbaycan ordusuna qarşı vuruşmaq üçün bölgəyə yollanmış Yunanıstan vətəndaşı olan idmançı qardaşlardan biri ölüb.

Bu barədə "Milliyet" məlumat yayıb.

Yunan jurnalist Krikor Tsakitziyana bildirir ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Yunanıstandan olan qardaşlar – bu ölkənin ordusunun xüsusi təyinatlı birləşmələrində xidmət keçmiş idmançılar Ermənistana üz tutub.

Onlardan birinin döyüşlər zamanı öldürüldüyü qeyd olunur. Digər qardaşın isə cənazə ilə birlikdə ölkəsinə qayıdacağı bildirilir.(oxu.az)

Ermənistana dəstək üçün Qarabağa gedən yunan idmançı ölüb - FOTOErmənistana dəstək üçün Qarabağa gedən yunan idmançı ölüb - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 885   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş