ABŞ-da bəzi "korona xəstələri" "Tramp kokteyli" ilə müalicə olunacaq

ABŞ-da bəzi "korona xəstələri" "Tramp kokteyli" ilə müalicə olunacaqABŞ-da bəzi koronavirus xəstələrinin Prezident Donald Trampın xəstəlik zamanı qəbul etdiyi "Regeneron Pharmaceuticals" biotexnologiya şirkətinin hazırladığı REGN-COV2 anticisim "kokteyli" ilə müalicəsinə icazə verilib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

ABŞ-ın Qida və Dərman İdarəsindən (FDA) bildirilib ki, sözügedən vasitə yalnız fövqəladə hallarda xəstəliyi yüngül və orta şəkildə keçirən xəstələrdə istifadə olunacaq.

Oskigen terapiyası və ya xəstəliyi ağır şəkildə keçirələnlər üçün sözügedən "kokteyl" istifadə edilməyəcək.(xezerxeber)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 341   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş