Sərhədsiz erməni barbarlığının daha bir sübutu - VİDEO

Sərhədsiz erməni barbarlığının daha bir sübutu - VİDEO"Ermənistanın vandalizminin daha bir əlaməti. Füzulinin Kürdlər kəndində qəbiristanlıq tamamilə məhv edilib".

BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində bildirib.

Qeyd edək ki, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatlar Azərbaycandakı nümayəndəlikləri rəhbərləri Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər. Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə yerindəcə tanış etməkdir.

Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət edirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1006   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş