Xarici diplomatlar ermənilərin Füzulidə törətdikləri cinayətlərlə tanış olublar

Xarici diplomatlar ermənilərin Füzulidə törətdikləri cinayətlərlə tanış olublarErmənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər edən Azərbaycandakı diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri rəhbərləri Füzulinin Kürdlər kəndində olublar.

"Report"un işğaldan azad edilmiş Füzuliyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ermənilərin kənddə törətdikləri vandalizm aktları, o cümlədən qəbiristanlıqdakı məzarları dağıtmaları barədə məlumat veriblər. Bununla yanaşı, ermənilərin tarixi, mədəni abidələri dağıtmaları diplomatların diqqətinə çatdırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 356   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş