ÜST-dən qorxunc açıqlama - Üçüncü dalğa gəlir
Dünya səviyyəsində koronavirusa yoluxma artmaqda davam edir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artım fonunda üçüncü dalğanın yaşanacağını açıqlayıb.
ÜST-nin əməkdaşlarından olan David Nabarro bu barədə İsveçrənin "Solothurner Zeitung" qəzetinə müsahibəsində deyib.
Nabarro yay dönəmində hökumətlərin lazımi tədbirləri görmədiklərini və ikinci koronavirus dalğasının qarşısını almaq üçün heç bir şey etmədiklərini dilə gətirib: "Lazımi tədbirlər görülməsə və tez hərəkətə keçilməsə, üçüncü dalğanı 2021-ci ilin əvvəlində yaşayacağıq", - o qeyd edib.(publika.az)
BiG.Az


Sağlamlıq Baxılıb: 916 Tarix: 22 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş