Koronavirusa yoluxan şəxs azı 6 ay ərzində... - Araşdırma

Koronavirusa yoluxan şəxs azı 6 ay ərzində... - AraşdırmaCOVID-19-a yoluxan şəxsin azı 6 ay ərzində yenidən virusa yoluxma ehtimalı çox aşağıdır.

Bu barədə Oksford Universitetinin alimləri araşdırma aparıb.

Universitet tərəfindən səhiyyə işçiləri üzərində aparılan tədqiqat aprel-noyabr ayları arasında 30 həftəlik bir dövrü və 12 min tibb personalını əhatə edib.

Bu müddət ərzində 11 min 52 səhiyyə işçisindən 89-da simptomları olan koronavirus aşkar edilib. Bədənləri antikor istehsal edən 1246 şəxsin bu müddət ərzində bir daha xəstəliyə yoluxmadığı müşahidə edilib.

Universitetin professoru David Eyre bunun müsbət hal olduğunu bildirib: "Bu, həqiqətən yaxşı xəbərdir. Əmin ola bilərik ki, COVID-19 testinin nəticəsi müsbət olan insanların əksəriyyəti ən azından qısa müddətdə bir daha xəstəliyə yoluxmayaca", - o qeyd edib.(publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1133   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş