İnstaqramda gözlənilən YENİLİK

İnstaqramda gözlənilən YENİLİKİnstaqram sosial şəbəkəsi tərəfindən bloq yazısı vasitəsilə bir müddət öncə təqdim edilən yeniliklər istifadəçilərin ixtiyarına verilib.

BiG.AZ ted.az-a istinadən bildirir ki, yeniliklərdən biri də Watch Together, yəni birlikdə izləmə ilə bağlıdır. Funksiya vasitəsilə izləyicilərlə görüntülü söhbət üzərindən eyni anda IGTV, Reels, film və trend videoları izləmək mümkündür.

Bunun üçün İnstaqram, Messenger yaxud Messenger Roomsda görüntülü söhbətə başlamaq, daha sonra görüntünün sağ aşağı küncündəki media ikonuna daxil olmaq lazımdır. Buradakı variantlardan birini seçərək izləmək mümkündür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 701   Tarix: 21 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş