Bakıda ailə faciəsi: Qadın öldü, əri isə...
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Qarabağ rayonu, Səngəçal qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1947-ci il təvəllüdlü Qurbanov Yəhya Məmməd oğlu ağır bədən xəsarətləri alıb, onun həyat yoldaşı isə hadisə yerində dünyasını dəyişib.
Y.Qurbanov təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
BiG.Az


Xəbərlər Baxılıb: 2645 Tarix: 21 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş