Fransa senatının separatizm sevgisi haradan qaynaqlanır? - VİDEO

Fransa senatının separatizm sevgisi haradan qaynaqlanır? - VİDEONoyabr ayının 25-də Fransa senatı Qarabağdakı qondarma qurumu tanımağı Fransa hökumətinə tövsiyə edən qətnaməni müzakirə etməyə hazırlaşır. Qətnamənin hüquqi məcburiliyi olmasa da, bu addımın özü belə senatın separatizmi dəstəkləmək niyyətindən xəbər verir. Belə bir qətnamənin hazırlanması bir tərəfdən beynəlxalq qanunlara ziddir, digər tərəfdən isə Fransanın Minsk qrupunun həmsədri kimi vasitəçilik mandatına uyğun deyil.

ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa ermənipərəst mövqeyi və fəaliyyəti ilə təəssüf doğurur. Tarixi bir dönəmin yaşandığı bir vaxtda Fransa senatı indi də Qarabağdakı qondarma rejimi legitim qurum kimi tanımaq iddiasına düşüb. Senatın belə bir qətnaməni müzakirəyə çıxarmağa hazırlaşması beynəlxalq hüquqa zidd olmaqla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına da kölgə salır. Fransa senatı bu məsələ ilə bağlı müsbət qərar qəbul etsə belə, elə Fransa Konstitusiyasına görə bu qətnamənin icrası məcburi xarakter daşımayacaq. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüquqla qorunur və hansısa bir ölkənin orqanı bu müddəanı poza bilməz.

Doğrudur, qətnamə layihəsi Qarabağdakı qondarma "qurumun" tanınmasından daha çox, onun tanınmağa ehtiyacı olduğu iddiasına əsaslanır. Yəni, bu qətnamə ətrafında qaldırılan hay-küy erməni lobbisinin oyunundan başqa bir şey deyil. Millət vəkili Sevil Mikayolova deyir ki, belə bir qətnamənin müzakirəyə çıxarılma ehtimalı belə, Fransanın separatizmə dəstəyi kimi qiymətləndirilə bilər.
Fransanın hər zaman erməniləri dəstəkləyən ölkə olduğu məlumdur. Digər tərəfdən, Fransanın öz tarixinin də soyqırımlarla zəngin olması, xüsusilə də Əlcəzair və Ruandada silsilə qətliamlar törətməsi heç kimə sirr deyil. Fransa açıq-aşkar ermənipərəst və qərəzli mövqe nümayiş etdirməzdən əvvəl yaxşı olardı ki, işğaldan azad edilən Azərbaycan torpaqlarında ermənilərin törətdiyi vəhşiliklərə nəzər yetirsin.

Görünən odur ki, Fransa da daxil olmaqla bir sıra ölkələr Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər. Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasəti Cənubi Qafqazda da reallaşdırmaq cəhdləri onun demokratiya və humanizm idealları ilə pərdələnmiş simasını bir daha aydın nümayiş etdirir. Bununla da fransız siyasətçilər ilk növbədə öz maraqlarına zərbə vururlar. İstənilən halda bu Fransa hökumətinə və parlamentinə baş ucalığı gətirmir.(xezerxeber)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 684   Tarix: 21 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914