İndi "Google"un xəritəsində zəng etmək, mesaj göndərmək və musiqi dinləmək mümkündür

İndi "Google"un xəritəsində zəng etmək, mesaj göndərmək və musiqi dinləmək mümkündürİndi "Google"un xəritəsində dostlarla ünsiyyət saxlamaq və ya musiqi dinləmək imkanı əlçatan olub. Proqramın yeni rejimi bu işdə istifadəçilərə kömək edəcək.

BiG.AZ ictnews.az-a istinadən bildirir ki, indi "Google"un xəritəsi artıq zənglərə cavab verməyə, mesaj göndərməyə və musiqi dinləməyə imkan verir. Yeni yeniləmə öncə "Android" sisteminin idarəetməsi altında işləyən smartfonlarda əlçatan olacaq. Bu, istifadəçilərə diqqətlərini yola cəmləməyə imkan verəcək, "Google Assistant" isə bu vaxt digər işlərdə kömək edəcək. Bu o deməkdir ki, istifadəçi əlini sükandan çəkmədən və diqqətini yoldan ayırmadan səsli şəkildə zəng edə və zəngləri qəbul edə, mətn mesajları göndərə və onları dinləyə, musiqini idarə edə biləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 483   Tarix: 21 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş